Logo

BDU-da Azərbaycanın hücum diplomatiyasına həsr olunmuş vebinar keçirilib

19.04.2021 15:56 415 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Azərbaycanın hücum diplomatiyası və xarici siyasətimizin əsas prioritetləri” mövzusunda vebinar keçirilib.

 

Vebinarda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak edib. Məruzəçi - Beynəlxalq münasibətlər kafedrasının müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov çıxış edərək 44 günlük Vətən müharibəsi dövründə uğurlu xarici siyasətin ərazi bütövlüyümüzün bərpasındakı rolundan bəhs edib. Çıxışda Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətinin daha güclü olması ölkə başçısının uğurlu diplomatik siyasətinin real nəticəsi olduğunu diqqətə çatdırılıb.

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin  dekan müavini Kənan Vəkilov 44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən müharibəsinin regionda tamamilə fərqli bir reallıq formalaşdırdığını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, müharibənin əsas nəticələrindən biri Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaradılmasından ibarət olduğunu vebinar iştirakçılarının diqqətinə çatdırıb.

 

Vebinar qarşılıqlı disskusiya şəraitində davam edib.

Xəbər lenti