Logo

BSU-da tələbələrin əl işlərindən ibarət rəsm və foto sərgisi təşkil edilib

06.07.2024 13:26 625 baxış

Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BSU-nun tədbirlər planına uyğun olaraq universitetin bütün fakültələrində təhsil alan tələbələrin əl işlərindən ibarət rəsm və foto sərgisi təşkil edilib.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, tədbir zamanı tələbələr müəllifləri olduqları rəsm və fotolar barədə təqdimatla çıxış ediblər.

BSU-nun rektoru Anar Nağıyev sərgidə nümayiş olunan rəsm və fotoları yüksək qiymətləndirərək tələbələrə təşəkkür edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb.

Xəbər lenti