Logo

BDU-nun Qazax filialında onlayn konfrans keçirilib

19.04.2021 15:45 378 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısısnın alınması” mövzusunda  onlayn konfrans keçirilib. Konfransda Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları, narkoloq həkim, müəllim və tələbələr iştirak ediblər.

 

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, son illər "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” sahəsində görülən işlərin diqqət mərkəzində saxlanıldığına diqqət çəkib. Bildirib ki, ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə bağlı hazırlanmış Tədbirlər Planı bu sahədə görülən işlərin əyani sübutudur. Respublikamızın hər yerində olduğu kimi, BDU-nun Qazax filialında da Dövlət Proqramının icrası uğurla yerinə yetirilir, silsilə tədbirlər təşkil olunur.
Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Kəmalə Cəfərova, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova, rayon polis şöbəsinin əməkdaşı Fərid Əliyev, filialın müəllimləri Günay Binnətova, Gülnar Abdullayeva, Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov konfransda çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan təbliğat işlərindən söz açıblar.

Xəbər lenti