Logo

Naxçıvan Dövlət Universitetində tanınmış cərrahın yubiley tədbiri təşkil edilib

04.07.2024 21:43 249 baxış
IMG

Tehsil.biz xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında dəyərli alimlərin yubiley mərasimlərinin təşkilinin əhəmiyyətindən söz açıb. Cəbi İsmayılovun Universitet Xəstəxanasının qurulmasında göstədiyi səyi və Tibb fakültəsindəki pedaqoji fəaliyyətini yüksək qiymətləndirən rektor onun muxtar republikada səhiyyə sahəsində göstərdiyi xidmətlərdən bəhs edib. Qeyd olunub ki,  universitetin elmi mühitində öz imzası ilə fərqlənən Cəbi İsmayılov ali təhsil müəssisənin ictimai-siyasi həyatında da öz dəsti-xətti ilə seçilib. Diqqətə çatdırılıb ki, 50 ildən artıq müddətdə tibb sahəsindəki fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və tanınmış cərrah “əməkdar həkim” fəxri adına layiq görülüb.

Rektor yubliyarı təbrik edərək ona universitetin fəxri fərmanı və gül dəstələrini təqdim edib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov yüksək insani keyfiyyətləri ilə cəmiyyətdə layiqli yer tutan Cəbi İsmayılov tələbələr arasında nümunəvi müəllim kimi tanınır. Bildirilb ki, işinin peşəkarı olan cərrahın muxtar respublikada fəaliyyət göstərməsi və əhali arasında hörmət qazanması zəhmətlə keçən illərin bəhrəsdir.

Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva nitqində həkimlik fəaliyyətinə başladığı ilk illərdən Cəbi İsmayılovun ona hər zaman dəstək olmağından və fakültədəki elmi-pedaqoji xidmətlərindən danışıb. Qeyd olunub ki, tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov 1 monoqrafiya  60-da çox elmi məqalənin müəllifidir.  

Ümumi təbabət və kliniki fənlər kafedrasının dosenti Elmar Rzayev yubliyarın həyat və elmi fəaliyyətindən bəhs edib. Diqqətə çatdırıb ki,  Cəbi Əziz oğlu İsmayılov1949-cu il martın 22-də Şahbuz rayonunun Aşağı Qışlaq kəndində ziyalı ailəsində dünyaya gəlib. Təhsil həyatına hər zaman çalışqan, məsuliyyətli yanaşması və həkimlik peşəsinə olan marağı onu Azərbaycan Tibb Universitetində təhsil almağa yönəldib. 1972-ci ildən həkimlik peşəsi 2014-cü ildən isə Tibb fakültəsindəki fəaliyyəti indi də uğurla davam edir.

Ümumi təbabət və kliniki fənlər kafedrasının professoru İsa Abdullayev yaxın dost və kollega olaraq illərdir Cəbi İsmayılovla çiyin-çiyinə çalışmağın müsbət tərəflərindən danışıb. Bildirilib ki, Cəbi İsmayılov cərrah kimi nəinki muxtar respublikada hətta paytaxt Bakıda və qardaş Türkiyədə şöhrət qazanıb. Professor çətin və zəhmətli həkimlik fəaliyyəti boyunca qazandığı uğurlardan və səmimi dost münasibətlərindən danışıb.

“Muxtar Respublika səhiyyəsini bir üzüyə bənzətsək Cəbi doktor o üzüyün ən dəyərli qaşıdır” sözləri ilə nitqinə başlayan Perinatal Mərkəzin həkimi Nəzakət Gülməmmədova iş fəaliyyət boyunca daim Cəbi İsmayılovun dəstəyini hiss etdiyini bildirib.

Daha sonra çıxış edənlər yubliyarla bağlı xatirələrini bölüşüb, onu təbrik edərək  hədiyyələr təqdim ediblər.

Sonda Cəbi İsmayılov tədbirin təşkilində göstərilən yüksək dəyərə görə universitet rəhbərliyinə və tədbirin qonaqlarına minnətdarlığını bildirib.

Xəbər lenti