Logo

Türkiyənin təhsil işçiləri ADU-nun qonağı olublar

04.07.2024 12:29 249 baxış
IMG

İyulun 2-də Azərbaycan Dillər Universitetində Çameli İlçəsinin idarə və müəssisə rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Çameli İlçəsi üzrə Milli Təhsil idarəsinin rəhbəri Murat Uzun, Çameli Atatürk məktəbinin direktoru Bekir Özdemir, Çameli Bələdiyyəsinin Turizm rəhbəri Ahmet Sadıç və digər qonaqlar  iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Biləsuvar Bağça-Məktəb-Liseyi ilə ADU arasında sıx elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdirilməsi hər iki təhsil müəssisəsi üçün yeni elmi əlaqələrin, dostluq və tərəfdaşlıq imkanlarının qurulmasına yol açmış olur.

Vuğulanıb ki, Çameli İlçəsini təmsil edən idarə və müəssisə rəhbərləri ilə görüşün keçirilməsi bu mənada xüsusilə fərqlənir.

Səmimi qarşılanmaya və xoş sözlərə görə ADU rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirən qonaqlar gələcək elmi əməkdaşlıqla bağlı təkliflərini səsləndiriblər.

Görüş elmi-mədəni əlaqələrin yeni istiqamətləri ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti