Logo

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

02.07.2024 23:56 228 baxış
IMG

Bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) ilk dəfə olaraq təkrar ali təhsil almaq imkanı yaradılıb.

BMU-dan Tehsil.biz-ə bildirilib ki, 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün universitetə sənəd qəbulu ümumilikdə 36 ixtisas üzrə aparılır.

Təkrar ali təhsil almaqda BMU-ya üstünlük verənlər üçün geniş seçim imkanları mövcuddur. Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir.

Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az elektron portalı vasitəsilə gerçəkləşdirilir. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək olar.

Sənəd qəbulu avqustun 31-i saat 18:00-da başa çatacaq.

Xəbər lenti