Logo

"Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirənlərin 7-si BDU-nun tələbə və məzunudur

02.07.2024 15:16 261 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb.

Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 25 nəfər müvəffəqiyyətlə bitirib. Onlardan 7-si Bakı Dövlət Universitetinin tələbə və məzunudur.

Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.

Xəbər lenti