Logo

“BakuBus”ın avtobusu ağaca çırpıldı, məktəb hasarına ziyan dəydi - FOTO/VİDEO

19.04.2021 13:01 636 baxış
IMG

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

 

Tehsil.biz “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

 

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.

 

https://youtu.be/TbxiFlFHh20

 

 

Xəbər lenti