Logo

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində - FOTO

29.06.2024 10:39 364 baxış
IMG

Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar.

ADA Universitetindən "Tehsil.biz"ə bildirilib ki, prokurorluq əməkdaşları tarixi Qazax Müəllimlər Seminariyasının muzeyi ilə tanış olublar və onlara təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.

Qeyd olunub ki, xalqımızın Ümummilli Lider Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktik konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

Diqqətə çatdırılıb ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. Hazırda Mərkəzdə tədrisə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər.

Prokurorluq əməkdaşları tələbə-müəllim heyəti ilə söhbət edib, onlarla səmərəli fikir mübadiləsi aparılıb.

Xəbər lenti