Logo

“Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü” kitabı çapdan çıxıb

28.06.2024 23:11 275 baxış
IMG

AMEA-nın Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü” kitabı çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Sözügedən monoqrafik araşdırmada başlanğıcdan sona qədər Oğuznamə yaradıcılığının gedişatı (dinamikası) öyrənilir və bu epik yaradıcılıq hadisəsinin tarixində baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır. Monoqrafiyada, həmçinin Oğuznamə söyləyiciliyi, ifa və poetik forma, eləcə də Oğuznamə mətnlərinin xüsusiyyətləri tədqiq olunur.

Oxuculara təqdim olunan bu kitab 2013-cü ildə “Oğuznamə yaradıcılığı” adı ilə çapdan çıxıb. Elmi auditoriyanın marağını nəzərə alaraq kitab ikinci dəfə nəşr olunub. Bununla yanaşı, bu nəşr əvvəlkinin təkrarı deyil. Müəllif 2013-cü ildən kitabın üzərində işləyərək düzəlişlər edib, dəqiqləşdirmələr aparıb. Kitaba təxminən 70 səhifə əlavə edilib. Kitabın adında edilən dəyişiklik də təsadüfi deyil. Bu ad aparılan araşdırmanın mahiyyətini tam mənası ilə ifadə edir.

Kitabın elmi redaktoru akademik Muxtar İmanovdur.

Xəbər lenti