Logo

BANM-in komandası 100 000 $ investisiya qazandı - FOTO

28.06.2024 22:49 469 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib olub.

Tehsil.biz xəbər verir ki, layihənin rəhbəri Ali Məktəbin Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır.

Qalib komanda 100.000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.

Xəbər lenti