Logo

ADPU məzunları 20 il sonra bir arada - FOTO

25.06.2024 14:20 166 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin kimya müəllimliyi ixtisasının 2004-cü il məzunları ilə 20 il sonra görüş keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Tədris departamentinin nümayəndəsi Könül Əsgərova məzunların 20 ildən sonra doğma universitetlərində görüşmələrinin rəmzi mənasına diqqət çəkib.

Sonra kimya müəllimliyi ixtisasının builki məzunları çıxış edərək interaktiv müzakirə üçün müxtəlif yanaşmalar nümayiş etdirib, müəllim andı içərək estafeti ələ alıblar.

Çıxış edən 20 ilin məzunları öz təəssüratlarını bölüşüblər.

Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Kərim Quliyev, Analitik kimya və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov ürək sözlərini bildirərək məzunlara bundan sonrakı fəaliyyətlərində uğurlar diləyiblər.

Xəbər lenti