Logo

Mərkəzi Elmi Kitabxanada “Açıq qapı” günləri keçiriləcək

25.06.2024 14:07 309 baxış
IMG

İyulun 1-2-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçiriləcək

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

MEK-də kitabsevərlər Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri, sərgilər və digər göstərilən xidmətlərlə yaxından tanışlıq imkanı əldə edəcəklər.

“Açıq qapı” günləri 1-2 iyul saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.

MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.

Xəbər lenti