Logo

Bakıda 21 mindən çox uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

25.06.2024 13:37 271 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 971 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. 

Təhsil idarəsindən "Tehsil.biz"ə bildirilib ki, məktəbəhazırlıq qruplarına 21 min 530 uşaq cəlb olunub.

Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2212 resurs dəst paylanıb.

Xəbər lenti