Logo

"Fiqaronun toyu" tamaşasının premyerası olacaq

24.06.2024 22:19 140 baxış
IMG

29, 30 iyun saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin – “Fiqaronun toyu” tamaşasının premyerası olacaq.

Tehsil.biz xəbər verir ki, fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə yazdığı eyniadlı pyes əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşada Əməkdar artistlər Kəmalə Müzəffər, İlham Əsədov, Rasim Cəfər, Sevinc Rzayeva, Elnur Hüseynov, aktyorlar Manaf Dadaşov, Sənan Kazımov, Bəhram Həsənov, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Aydan Həsənzadə, Təhminə Məmmədova, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Fəridə Qurbanova, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramil Məmmədov, Anar Seyfullayev, Anar Səfiyev, Aydın Dəmirov, Mətləb Abuşov, İlhan Sadıqov, Tahir İsmayılov iştirak edirlər.

Dövrün aristokrasiyasını lağa qoyan əsər əyləncəli, dinamik səhnələri, sevgi intriqaları ilə zəngindir. Qulluqçu Fiqaro evin xadiməsi Süzanna ilə evlənməyə hazırlaşır, lakin onlar üçün ilk baxışdan xeyirxahlıq edən ev sahibi qraf Almavivanın Süzannaya gözü düşüb və elə zifaf gecəsində onu ələ keçirməyə həvəslidir. Varlı və zəhmətkeş təbəqənin qarşıdurması ilə başlanan tamaşada hadisələr müxtəlif formalarla cərəyan edir.

Xəbər lenti