Logo

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

24.06.2024 20:13 286 baxış
IMG

Naxçıvanda 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb.

Bu barədə "Tehsil.biz"ə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, test imtahanlarında 366 müəllim iştirak edib. Prosesdə 97,3 faiz davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma imtahanında iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazanıb. Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Xəbər lenti