Logo

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır - FOTO

24.06.2024 19:59 160 baxış
IMG

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası tərəfindən 2024-cü ilin 22 yanvar tarixində "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024 - 2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, sənədin müvafiq bəndinə əsasən, iyunun 22-dən 26-dək Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulub.

Mədəniyyət Günləri münasibətilə qonşu ölkədən geniş nümayəndə heyəti, tanınmış incəsənət ustaları Azərbaycana gəlib.

Tədbir çərçivəsində bu gün Heydər Əliyev Sarayında Rusiya incəsənət ustalarının iştirakı ilə təntənəli qala konsert keçiriləcək. İyunun 25-də isə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.

Həmin gün sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.

Xəbər lenti