Logo

“Son Zəng"lə bağlı təlimatı pozan məktəb direktoru işdən azad olunub

24.06.2024 19:16 325 baxış
IMG

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.

Bu barədə "Tehsil.biz"ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Bildirilir ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:

"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

Xəbər lenti