Logo

Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı təltif olunub

24.06.2024 18:44 258 baxış
IMG

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı da var.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, Sərəncama əsasən, Audit şöbəsinin müdir müavini, Audit sektorunun müdiri Mürşüd Rəşidov, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsini icra edən, Məlumat-təhlil sektorunun aparıcı məsləhətçisi Xəqani Qurbanov, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Təhsilin məzmunu sektorunun baş məsləhətçisi Günel Seyidova  "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Xəbər lenti