Logo

716 tələbə akademik borca görə təhsil müəssisələrindən xaric edilib

24.06.2024 17:21 257 baxış
IMG

2023-cü ildə 716 tələbə akademik borca görə təhsil müəssisələrindən xaric edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

Onlardan 583-ü bakalavriat, 77-si magistratura, 31-i tam orta, 25-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Məlumatda həmçinin bildirilib ki, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1952 tələbə təhsil aldığı təhsil müəssisəsindən xaric edilib, onlardan 1420-si bakalavriat, 180-i magistratura, 206-sı tam orta, 146-sı ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Mərcanı Əsədova

Xəbər lenti