Logo

Həcc ziyarətinə gedən ilk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq

24.06.2024 15:27 243 baxış
IMG

"Həcc ziyarətinə gedən ilk zəvvar qrupu iyunun 26-da Azərbaycana geri dönəcək".

Tehsil.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olacaq:

“İlk zəvvar qrupumuz artıq dünən Mədinəyə gəlib. Onlar Mədinə ziyarətgahlarını, tarixi, görməli yerlərini gəzəcəklər”.

Vüsal Cahangiri qeyd edib ki, Azərbaycandan Həcc ziyarətinə gedən sonuncu zəvvar qrupu isə iyulun 1-də geri dönəcək.

Xəbər lenti