Logo

Akademik Rafael Hüseynov kitablarını Sumqayıt MKS-ə hədiyyə edib

24.06.2024 15:14 179 baxış
IMG

Ədəbiyyatşünas alim, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabları sevgi ilə verin” adlı kitab bağışlama aksiyasına qoşulub.

Bu barədə "Tehsil.biz"ə Ədəbiyyat Muzeyindən bildirilib.

Akademik “İkinci olmayacaq”, “Yoxdan var”, “Böyük yolun həqiqəti”, “İmzamız. Sənət düşüncələri” və digər kitablarını Sumqayıt MKS-ə hədiyyə edib.

Aksiyanın keçirilməsində məqsəd gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.

Xəbər lenti