Logo

Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin NƏZƏRİNƏ

24.06.2024 13:38 183 baxış
IMG

18, 19, 22, 23, 24, 26, 27, 28, 31, 36-cı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərin konsertmeysterləri Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müvafiq linkdə qeydiyyatdan keçə bilərlər.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, konsertmeysterlər bir növbə üzrə ən çoxu üç abituriyenti müşayiət edə bilər.

Konsertmeyster imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədin əsli ilə (şəxsiyyət vəsiqəsi) birlikdə imtahana buraxılış vərəqəsini də təqdim etməlidir.

Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin konsertmeysterlərinin qeydiyyatı mütəmadi olaraq abituriyentlərin imtahana buraxılış vərəqəsi sistemə yerləşdirildikdən sonra həyata keçirilir.

Göstərilən komissiyalar üzrə abituriyentlərin buraxılış vərəqələri gün ərzində şəxsi kabinetdə yerləşdiriləcək.

Xəbər lenti