Logo

BDU-da nanohissəciklərin bitkilərin morfofizioloji və biokimyəvi göstəricilərinə təsiri öyrənilir

24.06.2024 12:46 143 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Natrium nitroprussid (NNP) ilə kompleksdə olan müxtəlif nanohissəciklərin “Arabidopsis thaliana” bitkisinin morfofizioloji və biokimyəvi göstəricilərinə təsiri” adlı elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nurlan Əmrahov bitkilərdə müdafiə sistemlərinin aktivləşdirilməsində əhəmiyyətli rol oynayan natrium nitroprusside molekulunun fərqli nanohissəciklərlə (CaSiO3, xitozan, qrafen oksid) komplekslərinin adi şəraitdə və duzluluq stresi altında Arabidopsis thaliana bitkisinin böyüməsi və inkişafına təsiri haqqında geniş məlumat verib.

Mövzu üzrə elmi-tədqiqat işi BDU ilə yanaşı, Türkiyənin Ege Universitetində aparılıb. Tədqiqatda bitkinin cücərmə faizi, kökünün uzunluğu və yaş çəkisi kimi morfofizioloji göstəriciləri, katalaza, peroksidaza və askorbat peroksidaza fermentlərinin aktivliklərinin biokimyəvi analizlərinin nəticələri təhlil edilib.

Seminarda bu cür yeni nanoansamblların sənayedə tətbiqi və gələcək perspektivləri haqqında geniş müzakirə aparılıb.

Xəbər lenti