Logo

ADPU-nun “SABAH” magistraturasını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib

24.06.2024 12:17 169 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH” qruplarının magistratura ixtisaslaşmalarını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, onlardan 1114 nəfəri müsahibədən məqbul cavab alıb.

ADPU-da “SABAH” qruplarının magistratura səviyyəsinə təlim və tədrisin təşkili və metodikası, təhsildə qiymətləndirmə və monitorinq, menecment (ali təhsilin təşkili və idarə olunması) ixtisaslaşmaları üzrə qəbul aparılır.

ADPU-da magistratura səviyyəsində, ümumilikdə 30 ixtisaslaşma üzrə qəbul həyata keçirilir.

Magistraturaya ixtisaslaşma seçimi iyunun 30-da saat 23:59-dək davam edəcək.

Xəbər lenti