Logo

BANM tələbələri Portuqaliyada təhsil alacaqlar - FOTO

24.06.2024 11:35 318 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Aysel Novruzlu və Həqiqət Quluzadə Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil almaq imkanı əldə ediblər.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, tələbələr 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirəcəklər. BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Portuqaliyanın Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Bütün xərclər isə “Erasmus+” proqramı çərçivəsində qarşılanacaq. Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar.

Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıblar.

Xəbər lenti