Logo

Abbasqulu ağa Bakıxanovun 230 illiyi münasibətilə məlumat bazası hazırlanıb

24.06.2024 11:07 165 baxış
IMG

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan, görkəmli Azərbaycan şairi, yazıçısı və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun 230 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, məlumat bazasında şairin çoxcəhətli bədii və elmi yaradıcılığı haqqında geniş məlumat verilərək Bakıxanovun dövrünün ən yaxşı bibliofillərindən, tarixçilərindən biri olduğu bildirilir.

Həmçinin burda ədib haqqında qələmə alınan “Abbasqulu ağa Bakıxanov gəmisinin əbədi səfəri”, “İdrak və əbədiyyət yolunun yolçusu”, “Abbasqulu ağa Bakıxanovun tarix fəlsəfəsi” və “Tarixdə iz buraxanlar: Abbasqulu ağa Bakıxanov” adlı məqalələrin tam mətni, müəllifi olduğu əsərlərin, məqalələrin, sözlərinə bəstələnən musiqi əsərlərinin, haqqında Azərbaycan və rus dillərində qələmə alınan kitabların siyahısı, görkəmli şəxsiyyətlərin ədib haqqında söylədikləri dəyərli fikirlər, Abbasqulu ağa Bakıxanovun özünün qiymətli fikirləri və nəsihətləri yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Mükafatlar”, “Virtual sərgi” kimi bölmələr, görkəmli ədibin əziz xatirəsinin əbədiləşdirilməsi haqqında materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə kitabxananın rəsmi saytından

https://ryl.az/melumat-bazalari/Bakixanov_el_melumat_bazasi/index.html tanış olmaq mümkündür.

Xəbər lenti