Logo

ADU-nun Tələbə Gənclər Təşkilatının sədri beynəlxalq konfransda iştirak edib

23.06.2024 19:31 166 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU)  Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Əliyev “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr edilmiş III Beynəlxalq Minatəmizləmə Konfransında iştirak edib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Qeyd olunub ki, sözügedən konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunub.

ADU TGT sədri Nicat Əliyev xarici və yerli qonaqların qarşılanması, məlumatlandırılması və yönləndirilməsi prosesində yaxından iştirak edib.

Tədbirin sonunda iştirakçılar minatəmizləmə işləri ilə tanış olmaq üçün xüsusi ekskursiyaya qatılıblar.

Xəbər lenti