Logo

2023-cü il ərzində 13 daxili müsahibə elanı verilib - RƏQƏMLƏR

23.06.2024 15:15 289 baxış
IMG

"2023-cü il ərzində 75 dövlət orqanında vakant olan 580 inzibati vəzifənin tutulması məqsədilə 13 daxili müsahibə elanı verilmişdir. Ən çox vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (56 vəzifə) elana çıxarmış, ən çox müraciət isə Maliyyə Nazirliyi üzrə (168 müraciət) qeydə alınmışdır".

Tehsil.biz xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, dövlət qulluğu üzrə müsahibələr xüsusi proqram təminatı vasitəsilə keçirilmişdir:

"Mərkəz müsahibələrin onlayn qaydada təşkil edilməsi məqsədi ilə zəruri texniki və digər tələblərin müəyyən edildiyi müvafiq Təlimat hazırlamışdır. Mərkəzin və dövlət orqanlarının onlayn qaydada təşkil edilən müsahibələrin keçirilməsi ilə bağlı müsahibə komissiyasının üzvü qismində iştirak edən nümayəndələri, habelə müstəqil ekspertlər üçün onlayn treninqlər təşkil edilmişdir.

2023-cü il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə planlaşdırılmış 12923 müsahibədən 5822-sinin (45.05%) keçirilməsi təmin edilmiş, 7101 (54.95%) müsahibə müxtəlif səbəblərdən (namizədin iştirak etməməsi və ya iştirakdan imtina etməsi, müsahibənin təxirə salınması, müsahibənin ləğv edilməsi) baş tutmamışdır".

M.Abbaszadə qeyd edib ki, planlaşdırılan daxili müsahibələrin böyük əksəriyyəti keçirilsə də (80.12%), müsabiqə üzrə müsahibələrin 4635-ni (41.1%) keçirmək mümkün olmuşdur:

"Baş tutmamış müsahibələrin əksər hissəsi müsabiqənin müsahibə mərhələsi üzrə qeydə alınmışdır. Müsabiqənin müsahibə mərhələsi üzrə planlaşdırılmış 6028 (53.45%) müsahibə namizədlərin iştirakdan imtina etməsi, 496 (4.4%) müsahibə isə iştirak etməmələri səbəbindən baş tutmamışdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibələrdə uğur əldə etmiş şəxslərin vakant vəzifələrə təyinatları ilə bağlı qərarı vakant vəzifənin aid olduğu dövlət orqanının rəhbəri qəbul edir.

Müsahibələrdə uğur əldə etmiş namizədlər 2023-cü il ərzində 1003 vakant vəzifəyə təyin edilmişdir. Ən yüksək təyinat müsabiqə üzrə (493/49.15%) müşahidə edilir. Müsahibələrdə uğur əldə edən namizədlər hesabat dövrü ərzində 40-ı məhkəmə orqanı olmaqla, 67 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin edilmişdir. Dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci (334/33.3%) və 7-ci (426/42.47%) təsnifatına uyğun vəzifələr üzrə aparılmışdır. Ən çox təyinatı İqtisadiyyat Nazirliyi (123/12.26%), Qida Təhlükəsizliyi Agentliyi (120/11.96%) və Maliyyə Nazir­­liyi (85/8.47%) aparmışdır.

Müsabiqə üzrə Qida Təhlükəsizliyi Agentliyi (72/14.60%), ümumi müsahibə (19/12%) və daxili müsahi­bə (46/13%) üzrə isə İqtisadiyyat Nazirliyi daha çox vəzifəyə təyinat aparmışdır. Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı 4-cü təsnifat inzibati vəzifələrə  Hesablama Palatası (4/66.66%), 5-ci təsnifat inzibati vəzifələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (21/15.90%), 6-cı təsnifat inzibati vəzifələrə İqtisadiyyat Nazirliyi (21/35%), 7-ci təsnifat inzibati vəzifələrə Qida Təhlükəsizliyi Agentliyi (61/20.67%) aparmışdır".

Mərcanə Əsədova

Xəbər lenti