Logo

Beş dollara alınan qədim Maya vazası Meksikaya qaytarıldı - FOTO

23.06.2024 10:18 191 baxış
IMG

İtirilmiş qədim Maya vazası Meksikaya qaytarılıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə ABŞ-dən olan qadın En Li Dozye artefaktı 5 dollardan (təxminən 8 manata - red.) ucuz qiymətə alıb. Amerikalı düşünüb ki, obyektin yaşı bir neçə onillikdən çox deyil.

Lakin qadın bu ilin yanvar ayında iş üçün Mexikoya gedib və Milli Antropologiya Muzeyini ziyarət edib. O, burada evdəki ilə heyrətamiz dərəcədə oxşar olan digər Maya vazalarını görüb. Dozye ev əşyasının fotoşəkillərini Antropologiya Muzeyinə təqdim edib və məlum olub ki, vazanın təxminən 1200-1800 yaşı var.

Meksikanın ABŞ-dəkı səfiri amerikalı qadına vazanın qaytarılmasına görə təşəkkür edib.

Xəbər lenti