Logo

BDU-da yaz imtahan sessiyası uğurla davam edir

21.06.2024 23:01 203 baxış
IMG

İyunun 3-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, sessiya 5 həftə ərzində davam edəcək.

Bakalavriatura səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçirilir.

İyunun 20-dək bakalavriatura səviyyəsində 684 qrup üzrə 15 mindən çox, magistratura səviyyəsində 255 ixtisaslaşmada 1091 tələbə imtahan verib. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü il iyul ayının 3-dən 10-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Xəbər lenti