Logo

Ana və iki qızı imtahanda yüksək bal topladılar

21.06.2024 16:48 250 baxış
IMG

Riyaziyyat müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.

Bu barədə "Tehsil.biz"ə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək nəticə göstərib. Belə ki, Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

Xəbər lenti