Logo

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə mərkəzlərdə sertifikasiya imtahanı keçiriləcək

20.06.2024 22:17 164 baxış
IMG

Sabah Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə sertifikasiya imtahanı keçiriləcək.

Tehsil.biz xəbər verir ki, imtahanlar 21, 22 və 24 iyunda baş tutacaq.

Bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırma imtahanları Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 mərkəzdə - Lənkəran şəhər 7 nömrəli və Masallı şəhər 1 nömrəli məktəblərdə təşkil olunmuş mərkəzlərdə keçiriləcək.

Xəbər lenti