Logo

İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılovun xatirəsi anılıb - FOTO

20.06.2024 20:19 159 baxış
IMG

UNEC-in 94 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (1930-1934) ilk rektoru olmuş Mehdi bəy İsmayılovun xatirəsinə həsr edilən konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.

Konfransın açılışında çıxış edən rektor Ədalət Muradov universitetin 94 illiyi münasibətilə əməkdaşları təbdik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. UNEC-in hər zaman dəyərlərinə sahib çıxdığını deyən Ə.Muradov ali məktəbin zəngin tarixindən də söz açıb: “Biz keçmişimizə sahib çıxaraq dəyərlərimizi yaşadırıq. Bu dəyərlərdən biri də universitetin ilk rektoru olmuş Mehdi bəy İsmayılovdur”. Rektor Ə.Muradov M.İsmayılovun ötən əsrin 30-cu illərində tələbələrin Azərbaycan dilində dərsliklərlə təmin olunması, eləcə də universitet fakültələri əsasında institutların yaradılması istiqamətində fəaliyyətindən də bəhs edib: “Qeyd etməliyəm ki, bizim bu gün görmək istədiyimiz və gördüyümüz bir sıra işləri Mehdi müəllim öz rektorluğu dövründə həyata keçirməyə təşəbbüs göstərib. Biz bu ali təhsil müəssisəsinə rəhbərlik etmiş şəxslərin reallaşdırılmamış planlarını əsas tutaraq İqtisad Universitetini düşündüyümüz zirvəyə qaldırmaq əzmindəyik”, - deyə rektor bildirib.

Sonra Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin yaranma tarixi barədə təqdimatla çıxış edib.

Həmin kafedranın professoru Nizami Süleymanov isə Mehdi bəy İsmayılovun zəngin həyat və fəaliyyəti barədə arxiv sənədlərindən əldə etdiyi maraqlı faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Xəbər lenti