Logo

İn vitro bitki çoxaldılması yolları adlı vebinar keçirilib

20.06.2024 17:59 126 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universtietinin (ADAU) Biologiya kafedrasında professor-müəllim heyəti və tələbələr üçün növbəti vebinar təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində yerli universitet olaraq Azərbaycan Dövlət Aqrar Universitetini seçən və Belçika Krallığının Ghent Universitetində "Bitki biotexnologiyası" ixtisası üzrə doktorantura təhsili alan Elnarə Sadıqovanın müvafiq ixtisas üzrə ADAU-nun Biologiya kafedrasının professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə "İn vitro bitki çoxaldılması yolları" adlı vebinarı keçirilib.

Vebinarda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılaraq, müzakirələr aparılıb.

Qeyd edək ki, "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan doktorantların təhsilini uğurla bitirdikdən sonra üç tərəfli müqaviləyə əsasən seçdiyi yerli ali təhsil müəssisəsində minimum 5 il pedaqoji fəaliyyət göstərmək öhdəlikləri vardır.

Xəbər lenti