Logo

Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib

20.06.2024 16:18 211 baxış
IMG

İyunun 20-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iclasda çıxış edən müəssisənin direktoru professor Nadir Məmmədli bu ilin 6 ayı ərzində institutun 13 şöbə və 1 laboratoriyasında 1 istiqamət, 14 problem, 20 mövzu üzrə 96 tədqiqat işi aparıldığını bildirib.

Elmi katib Aynel Məşədiyeva məruzəsində bildirib ki, hesabat ilinin 6 ayı ərzində Dilçilik İnstitutunun əməkdaşlarının 5 monoqrafiyası, 6 kitabı, 150 (30-u xaricdə) məqaləsi çap olunub.

Sonra institutun şöbə müdirləri 2024-cü ilin altı ayı ərzində görülən işlər barədə hesabatlarla çıxış ediblər. Hesabatlarda 2024-cü ildə institutda keçirilən beynəlxalq görüşlər, konfrans, seminar və tədbirlər, kadr hazırlığı, elektron elmin vəziyyəti barədə də məlumat verilib.

İclasın sonunda AMEA Humanitar Elmlər Bölməsi tərəfindən təhkim edilən Rəyasət Heyətinin elmi katibi dosent Səfa Qarayev Dilçilik İnstitutunun böyük ənənələrə malik olduğunu söyləyib və hesabat dövründə elmi müəssisənin fəaliyyətini müsbət qiymətləndirib. Həmçinin Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin I, II və III cildlərinin çapının institutun nəşrləri sırasında elmi əhəmiyyəti ilə diqqəti çəkdiyini vurğulayıb.

İclasın qərarı ilə hesabat qənaətbəxş sayılaraq qəbul edilib.

Xəbər lenti