Logo

"COP29 yeni biologiya, İKT və süni intellektin geniş əhatə olunacağı məkan olmalıdır"

20.06.2024 12:18 252 baxış
IMG

"Biz hazırda elm, texnologiya və innovasiyaların inqilabi dəyişikliklərinin yaratdığı inanılmaz zamanda yaşayırıq".

Tehsil.biz xəbər verir ki, bu sözləri Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda panel müzakirələrində çıxışında deyib.

O bildirib ki, yeni biologiya, İKT və süni intellektin fövqəladə vəziyyətindəki inqilablar, bütün imkanlar artıq əlçatandır:

"Bütün bunların iqlim dəyişikliyi fonunda gələcək nəsillərə necə çatdırılmasının və ancaq faydalar üçün istifadə etməyin yollarını tapmaq əsas məqsədimizdir. COP29 yeni biologiya, İKT və süni intellekt sahələrinin geniş əhatə olunacağı və müzakirə ediləcəyi məkan olmalıdır".

Xəbər lenti