Logo

6-cı sinif şagirdini maşın vuraraq öldürüb

19.06.2024 09:45 339 baxış
IMG

Qusarda ağır yol qəzası baş verib.

Tehsil.biz xəbər verir ki, BMW markalı avtomobil 2012-ci il təvəllüdlü Xamədov Ruslan Lamran oğlunu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb.

Bildirilir ki, qəzada vəfat edən R.Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Faktla bağll Qusar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti