Logo

ADNSU-da “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib - FOTO

18.06.2024 22:51 315 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

Seminarda açlılış nitqi ilə çıxış edən ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov iştirakçıları salamlayaraq korrupsiyayla mübarizədə maarifləndirmənin mühüm rolundan danışıb və bu istiqamətdə dövlətin gördüyü tədbirlərin önəmini qeyd edib.

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda çıxış edən Ədliyyə müşaviri, hüquq elmləri doktoru, professor Mətanət Əsgərova cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri kimi ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini deyib.

Ölkəmizdə korrupsiyaya qarşı mütəşəkkil və ardıcıl mübarizə aparılmasının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyən M.Əsgərova bu sahədə görülən tədbirlər çərçivəsində milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb.

Vətəndaşların bu sahədə müraciətlərinin qəbulu işini genişləndirmək məqsədilə görülən işlərdən danşan M.Əsgərova korrupsiya hüquqpozmalarının qarşısının alınması istiqamətində böyük tədbirlərin həyata keçirildiyini, eyni zamanda korrupsiya haqqında qanunvericiliyin tələbləri və mövcud normativ-hüquqi aktlar haqqında ətraflı məlumat verib.

Tədbirə həmçinin, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyi qeyd edilib. 

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti