Logo

UNESCO-nun Baş Qərargahında keçirilən iclasda nazirin videomüraciəti yayımlandı - FOTO

18.06.2024 13:00 369 baxış
IMG

İyunun 17-də UNESCO-nun Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədi 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclas keçirilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, iclasda üzv dövlətlərin təhsil, maliyyə və ətraf mühit nazirləri iştirak ediblər.

İclasda elm və təhsil naziri Emin Əmrullayevin iştirakçılara videomüraciəti yayımlanıb. Müraciətdə sosial-iqtisadi inkişafla bağlı prioritetlərdən bəhs olunub, eləcə də COP29 çərçivəsində ölkəmizdə təhsil sahəsində planlaşdırılan bir sıra tədbirlər barədə məlumat verilib.

Xəbər lenti