Logo

"Google Chrome"da YENİ FUNKSİYA

18.06.2024 10:40 243 baxış
IMG

"Google" "Android" platformasında "Chrome" mobil brauzeri üçün yeni funksiyanı - "Bu səhifəni dinləyin" bölməsini təqdim edib.

Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu seçim istifadəçilərə daxili səs sintezatoru tərəfindən oxunan veb-səhifədən mətnə ​​qulaq asmağa imkan verir.

Bu funksiya vasitəsi ilə mətnlərə qulaq asma zamanı fasilə, oxu sürətini dəyişdirmək, 10 saniyə sürətlə irəli və ya geri çəkmək mümkün olacaq. İstifadəçilər həmçinin səsləndirmənin səsini və dilini seçə bilərlər. Hazırda buraya ingilis, fransız, alman, ərəb, hindi və ispan dilləri daxildir.

"Bu səhifəni dinlə" seçimi tətbiqin əsas menyusunda, "Tərcümə et" bölməsinin düz altında mövcud olacaq. Bu yenilik görmə məhdudiyyəti olan və ya məzmunu oxumaq əvəzinə onu dinləməyə üstünlük verən istifadəçilər üçün brauzerin imkanlarını yaxşılaşdıracaq.

Xəbər lenti