Logo

Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO

17.06.2024 17:55 346 baxış
IMG

Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.

Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.

Xatırladaq ki, 41 yaşlı jurnalist Sərxan Kamallı ötən gün səhər saatalrında insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

Sərxan Kamallı bir sıra media qurumlarında çalışıb. Bir müddət APA ilə də əməkdaşlıq edib. Son iş yeri Baku TV olub.

Allah rəhmət eləsin!

Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO

​​​​​Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO

Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO

Xəbər lenti