Logo

AzTU əməkdaşı SABAH qruplarının tələbələrinə seminar keçib - FOTO

15.06.2024 13:40 194 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinin rəhbəri, beynəlxalq ICF sertfikatlı kouç Aytən Şıxəliyeva SABAH qruplarının tələbələrinə kouçluqla bağlı seminar keçib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, məqsəd son dövrlərin əsas təlabat mövzularından biri olan kouçluqla bağlı tələbələrin daha geniş məlumata sahib olması, mənəvi inkişaflarını artıraraq yeni bacarıqlar əldə etməsi olub.

Seminarda tələbələrə  kouçluğun şəxslərin həyatındakı rolunda, uğurlarında, şəxsin fərqli mövqədə yer almasında göstərdiyi dəstəkdən danışılıb. Həmçinin “kouçinq”in elmi əsasları, effektiv kouçluq texnikaları, kouçinq prosesinin mərhələləri, ünsiyyət modelləri mövzuları barədə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti