Logo

AzTU əməkdaşı “Azərbaycanın dünyanın yaşıl gələcəyinə artan töhfəsi” mövzusunda növbəti master-klass keçib - FOTO

14.06.2024 23:29 321 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın dünyanın yaşıl gələcəyinə artan töhfəsi” (“Growing Contribution of Azerbaijan to Earth’s Green Future") mövzusunda ikinci maste-klassı təşkil edilib. 

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

“Yaşıl sənayeləşməyə doğru: problemlərdən həll yollarına” (Towards Green Industrialization from challenges to solutions) adlı master-klassda əsas məqsəd bu istiqamətdəki prosesləri elmi-tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq idi.

Tədbirin qonağı Xəzəryanı ölkələr üzrə LWD Domen Çempionu Ekaterina Sazonova qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, qadınların sənayedə rolu və əhəmiyyəti haqqında məruzə edib.

Daha sonra iştirakçılarla COP29-da Azərbaycanda icra olunacaq layihələr, yaşıl gələcəyə veriləcək töhfələr haqqında zəruri bacarıqların inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Xəbər lenti