Logo

Doktorantura və dissertantura səviyyələrində xarici dil üzrə danışıq bloku imtahanı davam edir

14.06.2024 19:00 254 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının Danışıq bloku mərhələsi keçirilir.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan ingilis, alman, fransız dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilir. Danışıq bloku üzrə imtahanda 2308 nəfərin iştirakı nəzərdə tutulub. İmtahan sabah günün sonunda yekunlaşacaq.

Qeyd edək ki, imtahan üç hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.

Danışıq bloku daxil olmaqla yekun imtahan nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.

Xəbər lenti