Logo

Elm və Təhsil Nazirliyinə son 14 gün ərzində daxil olan müraciətlərin sayı açıqlanıb

14.06.2024 17:35 173 baxış
IMG

İyunun 1-dən 14-dək Elm və Təhsil Nazirliyinə, eləcə də qurumlarına 30 671 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 19 min 925-i çağrı mərkəzləri, 621-i sosial media, 3 min 193-ü vatsap vasitəsilə, 1676-sı elektron, 797-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 min 459 müraciət qeydə alınıb.

Müraciətlərin əsas mövzuları müəllimlərin sertifikatlaşdırması imtahanı, müəllimlərin işə qəbulu, müəllimlərin qarşılıqlı yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisəsinə qəbul, təhsil haqqı və güzəştlər olub.

Xəbər lenti