Logo

Azad edilmiş ərazilərdə 20-dən artıq məktəbin tikintisi davam edir

14.06.2024 12:18 271 baxış
IMG

"İşğaldan azad edilmiş ərazilərdə 20-dən artıq məktəbin tikintisi davam edir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu ilin sentyabrında Şuşada, Xankəndidə, Xocalıda, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır:

"Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur".

Xəbər lenti