Logo

Sabahdan Azərbaycanda bayram tətili BAŞLAYIR

14.06.2024 10:07 186 baxış
IMG

Sabahdan Azərbaycanda bayram tətili başlayır.

Tehsil.biz xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.

Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

Xəbər lenti