Logo

Növbəti tədris ili üçün BDU-ya qəbul planı açıqlanıb

14.06.2024 09:56 171 baxış
IMG

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) bakalavriat səviyyəsində 76 ixtisas üzrə 5700 tələbənin qəbulu proqnozlaşdırılır.

Tehsil.biz xəbər verir ki, növbəti tədris ilində bakalavriatura səviyyəsində əyani təhsilalma forması üzrə 5465, qiyabi təhsilalma forması üzrə 235 yer olmaqla, Azərbaycan bölməsi üzrə 4405, rus bölməsi üzrə 705, ingilis bölməsi üzrə isə 590 plan yeri nəzərdə tutulub.

Tədris ilində magistratura səviyyəsi üzrə BDU-ya 50 ixtisas, 249 ixtisaslaşma üzrə 1436 magistrantın qəbulu proqnozlaşdırılır. Növbəti tədris ilində magistratura səviyyəsində Azərbaycan bölməsi üzrə 1055, rus bölməsi üzrə 202, ingilis bölməsi üzrə isə 151 plan yeri nəzərdə tutulub.

Xəbər lenti