Logo

BDU-da “Böyük qayıdışın icrasında gənclərin rolu" adlı onlayn tədbir

16.04.2021 15:27 409 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Böyük qayıdışın icrasında gənclərin rolu" adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycanın şanlı qələbəsindən sonra yeni dövrün başladığını və bu dövrdə gənclərin üzərinə düşən vəzifələrdən, bərpa-quruculuq işlərində gənclərin rolundan danışıb.

 

Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov ölkədə aparılan gənclər siyasətindən bəhs edib, gənclərin müxtəlif layihələrlə faydalı ola biləcəyi məsələləri qeyd edib. Xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daha çox üstünlük verildiyini diqqətə çatdırıb.

 

Tədbirdə Filologiya fakültəsinin TGT sədrinin müavini Ələkbər Həsənov, II kurs tələbəsi Gülnar Hüseynova və I kurs tələbəsi Ləman Cəfərzadə çıxış edərək ölkəmizdə həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılmasını vurğulayıblar.

 

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti